AZ

Təhsillərini yarımçıq qoyub qurduqları startap 32 milyon dollar investisiya aldı

Süni intellekt əsaslı tənzimləmə uyğunluğu həlləri hazırlayan ABŞ mərkəzli "Delve", "Insight Partners"in rəhbərliyi ilə 32 milyon dollar dəyərində A seriyası investisiya alıb.

Valyuta.az xəbər verir ki, süni intellekt əsaslı tənzimləmə uyğunluğu həlləri təqdim edən "Delve" şirkətinin ümumi dəyəri 300 milyon dollara çatıb.

“Delve” şirkətlərə məlumat təhlükəsizliyi və məxfilik standartlarına - məsələn, "SOC 2", "HIPAA" və "GDPR" - uyğunluğu avtomatik şəkildə təmin etməyə kömək edən süni intellekt əsaslı bir şirkətdir.

Şirkət MİT-də tanış olan və sonradan təhsilini yarımçıq qoyaraq startap yoluna çıxan 21 yaşlı Karun Kaushik və Selin Kocalar tərəfindən qurulub.

Təxminən 1,5 il əvvəl 3,3 milyon dollarlıq ilkin investisiya mərhələsini uğurla başa vuran "Delve", o vaxtdan bu yana müştəri sayını 100-dən 500-dən çoxa çatdırıb. Yeni investisiya turu şirkətin dəyərini 300 milyon dollara yüksəldib.

Mayya Hüseynova 

Seçilən
13
valyuta.az

1Mənbələr