"Hoffenhaym"ın yarımmüdafiəçisi Anton Stax "Lids"ə keçib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilə 4 il müddətinə bağlanıb.
Digər mənbələrdən əldə etdiyimiz məlumata görə, 26 yaşlı futbolçunun transferi “Lids”ə 20 milyon avroya (müxtəlif bonuslar nəzərə alınmasa) başa gəlib.
Stax gənclər arasında Avropa çempionatının qalibi və 2020-ci il Olimpiadasının iştirakçısıdır. Onun Almaniya millisində 2 oyunu var. Ötən mövsüm müdafiənin mərkəzində də oynaya bilən Stax 39 matçda meydana çıxıb, 10 xəbərdarlıq alıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.