AZ

ABŞ-ın bu tarixi məkanının adı dəyişdirilir: Melaniya Trampa görə

ABŞ Konqresindəki respublikaçılar Vaşinqtondakı Kennedi Mərkəzindəki Opera Teatrının adının Melaniya Trampın şərəfinə dəyişdirilməsini təklif ediblər.

Publika.az xəbər verir ki, bunu Aydaxo konqresmeni Mayk Simpson sosial platformada yazıb.

Onun sözlərinə görə, təşəbbüs artıq yay tətilindən sonra baxılacaq qanun layihəsinə daxil edilib.

“Kennedi Mərkəzinin Opera Evinə Melaniya Trampın adının verilməsi birinci xanıma sənətə olan sevgisinə görə təşəkkür etmək üçün gözəl bir yoldur”, - deyə Simpson yazıb.

Bildirilir ki, təklif 2026-cı maliyyə ili üçün ABŞ Daxili İşlər Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Agentliyi və bir sıra digər qurumları maliyyələşdirən qanun layihəsinə daxil edilib.

Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi qanun layihəsini artıq 33-28 səslə qəbul edib.

Qanun layihəsi avqust tətilindən sonra Nümayəndələr Palatasına təqdim ediləcək.

phrase_var_article.chosen
0
publika.az

1phrase_var_article.sources