
“AzParking” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib. Bu yenilik sayəsində sürücülər mobil internet paketləri olmasa belə, tətbiqin əsas funksiyalarından istifadə edə bilərlər. Bura parklanma məntəqələrinin xəritədə görünməsi, parklanma müddətinin başlanması və sonlandırılması, əvvəlcədən əlavə edilmiş kart vasitəsilə ödəniş, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi imkanlar daxildir.Qeyd edək ki, bu funksiyadan istifadə üçün cihazda mobil internet (mobil data) açıq olmalıdır. Əgər istifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə mövcud deyilsə, funksiyadan istifadə mümkün deyil .“AzParking” tətbiqi həm “App Store”, həm də “Google Play Store”dan yüklənə bilər.Ulusum.az
Diqqət Çəkənlər
Meyvə və giləmeyvələri dondurmaq üçün ən yaxşı üsullar nələrdir?
“Şakir Paşa Ailesi” layihəsi dayandırıldı – Mübahisələr, faciələr və sənət dolu bir səyahətin sonu
Prezident media nümayəndələrini mükafatlandırıb - SƏRƏNCAM