AZ

Şabranda avomobil beton dirəyə çırpıldı, sürücü öldü

ŞABRAN, 23 iyul. TELEQRAF

Şabranda idarəetməni itirən sürücü hadisə yerinə ölüb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayon sakini Süleymanov Ramazan Kamran oğlu idarə etdiyi "Daewoo Gentra" markal 01 CH 178 nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə R.Süleymanov yaşayış evinin beton dirəyinə çırpılıb.

R.Süleymanov aldığı zərbələrdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
62
teleqraf.com

1Mənbələr