Türkiyəli aktyor Oktay Kaynarca telefonuna gələn mesajı paylaşaraq dələduzları ifşa edib.
Publika.az xəbər verir ki, telefon vasitəsilə insanları aldatmağa çalışan fırıldaqçılar tanınmış simaları hədəf alıblar.
Onlardan biri də aktyor Oktay Kaynarca olub. O, telefonuna gələn şübhəli mesajın ekran görüntüsünü paylaşaraq, onu yazanlara sərt ifadələrlə reaksiya verib:
“Ehtiyatlı olun! Bu cinayət xəbəridir. Sizləri kim və necə böyüdüb? Bu qədər iş varkən niyə kimsə dələduzluğa əl atır? Bizim öz fırıldaqçılarımız var, axmaqlar, sizə ehtiyacımız yoxdur!”.