2025-ci ilin 2-cü rübü üzrə Azərbaycanda mənzil bazarının qiymət indeksləri açıqlanıb.
Banker.az xəbər verir ki, 2025-ci ilin II rübündə mənzil bazarında qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 1,1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 3,2 faiz, təkrar mənzil bazarı üzrə 1,1 faiz artıb.
2025-ci ilin II rübü 2024-cü ilin II rübünə nisbətən mənzil bazarında qiymət 13.2%, ilkin mənzil bazarında qiymət 12.9%, təkrar mənzil bazarında qiymət 13.2% çoxalıb.