Yaponiyanın baş naziri Şiqeru İşiba istefa verməyi planlaşdırdığı barədə yayılan xəbərləri təkzib edib.
NOCOMMENT.az bildirir ki, bu barədə Reuters xəbər verir.
“Bəzi KİV-lər bu barədə məlumat yayıblar, lakin mən heç vaxt belə bəyanatlar verməmişəm. Bu xəbərlər həqiqətə uyğun deyil”, – Yaponiya hökumətinin başçısı bildirib.
Daha əvvəl “Mainichi” qəzetinə mənbələr bildiriblər ki, İşiba sədri olduğu hakim Liberal Demokrat Partiyasının (LDP) seçkilərdə uğursuz çıxışından sonra istefa vermək niyyətindədir.