"Roma" daha bir transferi rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, "canavarlar" Evan Ferqyusonu heyətinə cəlb edib. İrlandiyalı hücumçu satınalma haqqı ilə birlikdə icarə əsasında paytaxt klubuna keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ferqyuson yeni klubunda 11 nömrəli formanı geyinəcək.
20 yaşlı futbolçu 2021-ci ildən "Brayton"da çıxış edirdi. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Vest Hem"də keçirib.