Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpasıvə vətəndaşların öz doğma torpaqlarına qayıdışınınsürətləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıq vəsərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi (AAYDA) tərəfindən Ağdərə rayonunun Ortakənd–Dəmirlər vəHəsənriz kənd avtomobil yollarında yenidənqurma işləriaparılır.
AAYDA-dan Trend-ə verilən məlumata görə, yayihə çərçivəsindəuzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsızasfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasınınyararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğuişləri icra edilib.
Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlifdiametrli suötürücü borular quraşdırılıb.
Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğunşəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layınındöşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdədüzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin betonküvetlərin inşası da nəzərdə tutulub.
Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə dəköhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasınınyararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb.Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlifdiametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğundaistinad divarının inşası həyata keçirilir. Bundan əlavə, yolun üçhissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub vəbu istiqamətdə işlərə artıq başlanılıb.
Hər iki avtomobil yolunda tikinti işləri “İnşaat Norma vəQaydaları”na uyğun olaraq, tərtib olunmuş qrafikə və texnolojiardıcıllığa riayət edilməklə aparılır. Tikintinin vaxtında başaçatdırılması üçün əraziyə kifayət qədər işçi qüvvəsi və texnikacəlb edilib.