Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiya Federasiyasına iki günlük işgüzar səfərə gedəcək.
Vətəninfo.az xəbər verir ki, Paşinyan Rusiya Federasiyasının Altay Respublikasında təbiət və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda iştirak edəcək.
Paşinyanın Rusiya baş naziri Mixail Mişustinlə görüşü gözlənilir. Rusiya mənbələri xəbər verir ki, prezident Putin tədbirdə iştirak etməyəcək.