AZ

Məktəbli qız itkin düşüb

Ajans.az xəbər verir ki , Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində tibbi yardıma ehtiyacı olan 12 yaşlı məktəbli qız evdən çıxaraq itib. Bu barədə Ura.ru xəbər yayıb. Rusiyalı nəşrin məlumatına görə, qız gəzməyə çıxıb və telefonunu söndürüb. Onun anası hüquq-mühafizə orqanlarına müraciət edib.

Azyaşlının axtarışına polis əməkdaşları cəlb olunub. İtkin düşdüyü gün qızın üzərində qırmızı köynək, boz cins şalvar və idman ayaqqabıları olub. Onun boyu təxminən 150 sm-dir, mavi gözlüdür, arıq bədən quruluşuna və açıq-qəhvəyi saçlara malikdir

Seçilən
57
Ajans.az

1Mənbələr