AZ

Yanvar-iyun aylarında 28,9 milyon dollarlıq sement ixrac edilib

Bu ilin yanvar-iyun aylarında ölkədən 28,9 milyon ABŞ dolları dəyərində 449,8 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 40,4 faiz və ya 8,3 milyon dollar, həcm olaraq isə 33,8 faiz və ya 113,7 min ton çoxdur.

Cari ilin ilk 6 ayında bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,22 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,65 faizə bərabər olub.

Seçilən
76
vergiler.az

1Mənbələr