Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətində yerləşən Karkar Kömür Mədənində baş verən uçulma nəticəsində 6 işçi həlak olub, 12 nəfər isə yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət əyalət ərazisində baş verib.
Məlumata əsasən, çökmənin səbəbləri ilə bağlı araşdırmalar davam edir. Hadisə zamanı həlak olan və yaralanan fəhlələrin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin baş verdiyi mədən, Baqlan əyalətinin iqtisadiyyatında mühüm rol oynayan sahələrdən biridir. Yerli hakimiyyətlər tərəfindən xilasetmə və yardım işləri sürətlə davam etdirilir.