AZ

“Neftçi”dən növbəti transfer – Samir Abasovun budəfəki seçimi Rumıniyadandı

“Neftçi” heyətini Kristian Kostinlə gücləndirməyə yaxındı.

“Football-plus.az” xəbər verir ki, bu barədə “digisport.ro” sayı məlumat yayıb.

Rumıniyalı həmkarlarımızın iddiasına inansaq, “ağ-qaralar” ən qısa zamanda futbolçu ilə rəsmi müqavilə imzalayacaq.

Maraq üçün qeyd edək ki, Kostin hazırda klubsuzdu. Onun şərəfini qoruduğu sonuncu komanda Rumıniya superliqasında çıxış edən “Dinamo” (Buxarest) olub. O, həm sağ cinah müdafiəçisi, həm də vinger kimi çıxış edə bilir. 27 yaşlı oyunçunun “transfermarkt”dakı dəyəri 600 min avrodu.

Sözügedən izdivac baş tutsa, Kostin karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. “Oradea”nın yetirməsi olan oyunçu indiyə qədər “UTA Arad”, “Reşita” və “Voluntari”nin uğurları üçün tər töküb.

Futbolçu ötən mövsüm bütün turnirlər üzrə 37 matçda meydana çıxıb. Başqa sözlə 1786 dəqiqə forma geyib. Bu da hər görüşdə orta hesabla 48 dəqiqə şans qazanması deməkdi. Kostin bu oyunlarda 1 məhsuldar ötürməylə yadda qalıbsa, 5 sarı vərəqəylə üzləşib.

KƏNAN BAHADIR

phrase_var_article.chosen
10
1
football-plus.az

2phrase_var_article.sources