"Atletiko"nun futbolçusu Rodriqo de Paul karyerasını okeanın o tayında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi MLS klubu "İnter Mayami"də çıxış edəcək. O, yeni klubu ilə 4 illik müqavilə imzalayacaq.
"Atletiko" bu keçiddən 15 milyon avro qazanacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
De Paul həmyerlisi Lionel Messi ilə bir yerdə oynayacaq. Onlar Argentina yığmasında uzun müddətdir birlikdə çıxış edir.