Azərbaycanın strateji valyuta ehtiyatları 77,4 milyard ABŞ dollarına çatıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, ilin əvvəli ilə müqayisədə 9,4 % çoxdur.