AZ

Daha 85 fələstinlini qətlə yetirildi

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ən azı 85 fələstinli ölüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail, Qəzzanın blokadasını gücləndirərək və humanitar yardımları məhdudlaşdıraraq, məcburi köçkün fələstinlilərin çadırlarını, mülki vətəndaşları və yaşayış məntəqələrini hədəf alıb.

Hücumlar nəticəsində Qəzza şəhərinin müxtəlif bölgələrində, o cümlədən Şati Qaçqınlar Düşərgəsində, Zeytun məhəlləsində, Deyr əl-Bələhə və Beyt Lahiyyə kimi ərazilərdə çox sayda insan həyatını itirib. Xüsusilə, artilleriya və pilotsuz təyyarə hücumlarında 85 nəfərdən çox fələstinli həlak olub.

Qəzzanın şərqindəki evlər və binalar da partladılıb, bölgədə Fələstin müqaviməti ilə İsrail əsgərləri arasında şiddətli döyüşlər davam edir.

Seçilən
14
manset.az

1Mənbələr