AZ

"Qarabağ Taxıl" nizamnamə kapitalını 6 milyondan çox azaldıb

“Qarabağ Taxıl” MMC-nin nizamnamə kapitalında dəyişiklik edilib.

Valyuta.az xəbər verir ki, yeni qərara əsasən, şirkətin nizamnamə kapitalı 6 milyon 371 min 963 manat azaldılaraq 8 milyon 972 min 387 manat səviyyəsində müəyyən olunub.

Şirkətin əvvəlki nizamnamə kapitalı 15 milyon 344 min 350 manat təşkil edib.

Şirkət bu dəyişikliklə bağlı debitor və kreditorlara müraciət edərək, qanunvericiliyə uyğun olaraq onların hüquqlarını xatırladıb. Bildirilib ki, kapital azaldıldıqda kreditorlar hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icrasını və zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.

Qeyd edək ki, “Qarabağ Taxıl” MMC 2012-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Vüqar Baloğlanovdur.

Mayya Hüseynova 

Seçilən
73
valyuta.az

1Mənbələr