BAKI, TurkicWorld
Türkiyədə baş vermiş 61 meşə yanğını ilə bağlı 23 şübhəli saxlanılıb, onlardan 4-ü həbs edilib, 19-u barədə məhkəmə nəzarəti qərarı çıxarılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.
Nazir Yerlikaya iyulun 4-dən 22-dək baş verən 61 meşə yanğını ilə əlaqədar 23 şübhəlinin saxlanıldığını, onlardan 4-nün həbs edildiyini bildirib.
Qeyd edək ki, yanğınların əsas səbəbləri kimi kənd təsərrüfatı texnikalarının, xüsusilə biçərdover və balya maşınlarının çıxardığı qığılcımlar, qaynaq və digər iş alətləri, nəzarətsiz şəkildə yandırılan od və hətta şam göstərilib.
Eskişehir, Balıkesir, Uşak, Kırklareli, Tunceli, Konya, Kütahya, Bolu, Manisa, Tekirdağ və Bilecik vilayətlərində baş verən bu yanğınlarla bağlı 23 nəfər şübhəli şəxs müəyyən edilib. Onlardan 3 nəfəri həbs edilib, 19 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib, digərləri isə istintaq altındadır.
Ən çox yanğın Balıkesir və Manisa bölgələrində qeydə alınıb.