AZ

İranlı professor: “Ölkənin su anbarları boşalır” 

Vətəninfo.az xəbər verir ki, Tehran Universitetinin su resurslarının idarə olunması üzrə professoru Bənövşə Zəhrayi sosial mediada geniş yayılmış iranlı sosioloq Məhəmməd Fazelinin “YouTube” kanalına müsahibəsində ölkədə su təchizatının ağır vəziyyətdə olduğunu açıqlayıb.

Professorun sözlərinə görə, bu il artıq beşinci ildir ki, yağıntılar uzunmüddətli orta səviyyədən aşağı düşür. O, bildirib ki, vəziyyəti yaxşılaşdırmaq üçün yalnız iki-üç həftə vaxt qalıb. Əgər bu müddətdə lazımi tədbirlər görülməzsə, sentyabr ayında İranın su təchizatı sistemi tamamilə çökmə riski ilə üzləşəcək.

Zəhrayi, vəziyyətin xüsusilə Tehran şəhəri üçün təhlükəli olduğunu və bəzi anbarlarda suyun tükəndiyini vurğulayıb. Eyni zamanda, Həmədan şəhərində də su problemi kritik səviyyəyə çatıb. Belə ki, Ekbatan bəndindəki su tamamilə bitib.

phrase_var_article.chosen
15
veteninfo.az

1phrase_var_article.sources