Bakı. Trend:
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının PrezidentiƏbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günümünasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan vəAzərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımıçatdırıram.
Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikasıməmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlısəfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunlazənginləşməsində əhəmiyyətli rol oynayır.
Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsiüçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahınaminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin,səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonrada birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq vəfiravanlıq diləyirəm".