“Fiorentina”nın sabiq müdafiəçisi Selest Pin öz evində ölü tapılıb.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
64 yaşlı italiyalının cəsədi iyulun 22-də Florensiyadakı evində polisə müraciət edən qohumu tərəfindən tapılıb. Hüquq-mühafizə orqanları ölümün hansı şəraitdə baş verdiyini araşdırır.
“Bənövşəyilər”dən savayı, Pin “Peruca”, “Veorna” və “Siena” komandalarında çıxış edib.