AZ

“Hatayspor” 3 illik transfer qadağası ilə üzləşdi

FIFA ötən mövsüm Türkiyə çempionatında (Super Liqa) mübarizə aparmış “Hatayspor” klubuna 3 illik transfer qadağası qoyub.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, buna maliyyə məsələlərində və transferlərdə uyğunsuzluq səbəb göstərilib. Hatay təmsilçisi FIFA-nın maliyyə mübahisələri və qanunvericilik pozuntuları səbəbindən yeni oyunçu transferi müvəqqəti olaraq qadağan edilmiş klublar arasında yer alıb.

Xatırladaq ki, “Hatayspor” daha əvvəl Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşova borcunu ödəmədiyinə görə iki mövsüm transfer qadağası ilə üzləşmişdi. Azərbaycanlı hücumçu hazırda Polşanın “Motor” klubunda çıxış edir.

Sonda onu da xatırladaq ki, Hatay təmsilçisi geridə qalmış mövsümün yekunlarına əsasən Super Liqanı tər edərək aşağı dəstəyə düşüb. Sözügedən komanda yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq.

Seçilən
35
arena.az

1Mənbələr