AZ

"Real Madrid"də 10 nömrəli formanın sahibi bəlli oldu

"Real Madrid"in hücumçusu Kilian Mbappe gələn mövsüm əvvəllər Luka Modriçə məxsus olan 10 nömrəni geyinəcək.

Operativ Media xəbər verir ki, bu haqda "Radio Marca" məlumat yayıb 

26 yaşlı fransız daha əvvəl Madrid klubunda 9 nömrə altında çıxış edib. Fransa millisində isə 10 nömrə altında çıxış edir.

Modriç bu yay "Milan"a keçib. "Real Madrid" Mbappeni yeni 10 nömrəli edib, çünki Madrid klubu ümid edir ki, yeni köynəklərin satışı onlara yeni rekordlara çatmağa kömək edəcək.

Mbappe keçən yay PSJ-dən pulsuz olaraq "Real Madrid"ə keçib. O , 2024/25 mövsümündə bütün turnirlərdə 59 oyun keçirib , 44 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bundan əvvəl "Real Madrid"in geyindiyi 10 nömrəli formada Modriç, Ceyms Rodriges, Məsut Özil, Lassana Diarra, Uesli Sneyder, Robinyo, Luiş Fiqo, Klarens Zeedorf, Maykl Laudrup, Fernando Hierro, Qeorqe Hacivə başqaları olub.

Seçilən
54
operativmedia.az

1Mənbələr