AZ

Milan ulduz futbolçunu transfer etdi

İngiltərənin “Brayton” klubunda çıxış edən  Ekvadorlu futbolçu Pervis Estupinan “Milan”a transfer olunub.

Vətəninfo.az xəbər verir ki, İtaliyanın “Milan” klubu Estupinanın transferi üçün 17+2 milyon avro ödəyib. Tərəflərin bu həftə 5 illik müqaviləyə imza atması gözlənilir. Bu transfer türk futbolçu Ferdi Kadıoğlu üçün böyük fürsət yaradıb.

Estupinanın gedişi ilə Brayton klubunun sol cinahında əsas heyətə namizəd mövqeyində olan Ferdi Kadıoğlu, bundan sonra ilk “11-lik” üçün ən real namizədə çevrilib. Bu isə onun həm klubda, həm də milli komandadakı karyerasına müsbət təsir göstərə bilər.

phrase_var_article.chosen
12
veteninfo.az

1phrase_var_article.sources