TBİLİSİ, 23 iyul. TELEQRAF
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze iyulun 24-26-da Azərbaycana rəsmi səfər edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən bildirilib.
G.Mikanadzenin Azərbaycanın Baş naziri Əli Əsədov, gənclər və idman naziri Fərid Qayıbov və təhsil və elm naziri Emin Əmrullayevlə təkbətək görüşləri planlaşdırılıb.
Nazir səfər çərçivəsində Gürcüstan-Azərbaycan Gənclər Forumunun açılış mərasimində iştirak edəcək. O, Quba İdman Kompleksində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla birgə Gürcüstan-Azərbaycan gənclər düşərgəsinin üzvləri ilə də görüşəcək.