AZ

Psixoloq: “Bəzi valideynlər özünün edə bilmədiyini övladının gerçəkləşdirməsini istəyir”

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bildiyiniz kimi, artıq imtahan nəticələri elan olunub. Nəticədə bəzi ailələrdə valideynlərin az bal toplayan şagirdlərə təziqləri başlayıb. Hər kəsə məlum olduğu kimi, hər il imtahan nəticələrinin elanından sonra abituriyentlərin evdən qaçması, intihar etməsi ilə bağlı xəbərlər eşidirik.Psixoloq Gövhər Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, imtahan nəticələrinin açıqlanması ilə bəzi ailələrə sevinc, bəzi ailələrə isə qüssə gətirir:“Lakin övladımızın uğurunda necə sevinə biliriksə, çətin anında da yanında olmalı, əlimizdən gəldiyi qədər dəstək olmalıyıq. Bəzi valideynlər bunu edə bilmir və səbəb olaraq isə, maddi vəziyyəti nümunə gətirirlər. Amma unutmamalıyıq ki, övladımız yatırım projesi deyil. Bəzi valideynlər özünün edə bilmədiyi, yarım qalmış arzularını övladının gerçəkləşdirməsini istəyir. Hər hansı sahəni özü üçün uyğun hesab edir o sahəni sevirsə, övladımıza qarşı çıxmaq əvəzinə dəstək olmağımız daha yaxşı nəticələr verər. Ümumiyyətlə, kiçik yaşlardan etibarən hər yaş dönəminə uyğun sərbəst hərəkət etməyinə şərait yaradılmalıdır ki bu, gələcəkdə öz qərarını sərbəst verə bilməsi üçün əhəmiyyətlidir. Unutmamalıyıq ki, övladımızın bizə hər zaman ehtiyacı var, ən çox da uğursuzluğa uğradığı anlarda, əgər ən güvəndiyi yerdən dəstək ala bilmirsə, bu onun üçün ikiqat uğursuzluq olur və daha çox depressiyaya meyl etməyə şərait yaradır. Əgər özünüzlə heç cürə baş edə bilmir, beyninizi yalnış fikirlərdən susdura bilmirsinizsə, professional dəstək almaq faydalı olacaqdır”.Leyla Turan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
2
1
demokrat.az

2phrase_var_article.sources