AZ

Şəkərsiz Dayana Bilmirsən? Şəkər Asılılığı Ola bilər! Video/

Əgər hər gün şirin nəsə yemək istəyirsənsə, yeməkdən sonra mütləq şokolad, konfet axtarırsansa, bu sadəcə vərdiş deyil – şəkər asılılığı ola bilər.

Şəkər beynimizə xoşbəxtlik hissi verir, ona görə də tez-tez onu istəyirik. Amma çox şəkər yemək zamanla yorğunluq, əsəb, kökəlmə və başqa sağlamlıq problemlərinə səbəb ola bilər. Əgər şəkəri birdən azaldanda əsəbiləşirsənsə, başın ağrıyırsa və ya halsız olursansa – bu da asılılıq əlamətidir.Nə edə bilərsən?
– Daha çox su iç
– Meyvə-tərəvəz və tam taxıllı qidalar ye
– Az-az və nizamlı qidalan
– Stressi azaltmağa çalış

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əzizzadə Məleykə / DEMEDİA.AZ

Seçilən
101
demedia.az

1Mənbələr