AZ

“Real”da “10 nömrə” dəyişdi

“Real”da yeni mövsümdə 10 nömrəli formanı geyinəcək futbolçu məlum olub.

Futbolpress.az xəbər verir ki, daha əvvəl Arda Gülerin adı hallansa da, rəhbərlik qərarını Mbappedən yana verib. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Fransalı hücumçu yeni mövsümdə 10 nömrəli formada çıxış edəcək.

Bu formanı daha əvvəl Luka Modriç geyinirdi. Xorvatiyalı yarımmüdafiəçi bu yay klubu tərk edib və “Milan”a keçib.

phrase_var_article.chosen
7
1
futbolpress.az

2phrase_var_article.sources