AZ

Nvidia nın baş direktoru 20 yaşım olsaydı, hansı peşəni seçərdi? Özü açıqladı

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Nvidia" şirkətinin baş direktoru Censen Huanq bu gün universiteti yenicə bitirmiş 20 yaşlı gənc olsaydı, hansı ixtisası seçəcəyini açıqlayıb. 

Qaynarinfo CNBC-yə stinadən xəbər verir ki, jurnalistin sualını cavablandıran Huanq qeyd edib: "Çox güman ki, proqramlaşdırmanı deyil, fiziki elmləri seçərdim".

Fiziki elmlər - biologiyadan fərqli olaraq - cansız sistemlərin öyrənilməsi ilə məşğuldur və özündə fizika, kimya, astronomiya və Yer haqqında elmləri birləşdirir.

Huanq bu seçimini geniş izah etməsə də, o, süni intellektin (Al) növbəti mərhələsi adlandırdığı "fiziki süni intellekt”ə dair çox nikbin olduğunu vurğulayıb. Onun sözlərinə görə, son 15 il ərzində dünya bir neçə Al mərhələsindən keçib:

* Perseptiv süni intellekt - Al ətrafdakı informasiyanı qavramağı öyrəndi.

* Generativ süni intellekt - Al artıq yalnız anlamır, həm də informasiyanı yenidən yaratmağı bacarır: dillərə tərcümə edir, şəkil, kod, mətn və s. formalaşdırır.

* Məntiqi süni intellekt - İndiki mərhələdə Al məsələ həll etməyi, analiz aparmağı və yeni situasiyaları tanımağı öyrənib.

Censen Huanq vurğulayıb ki, süni intellektin qarşıdakı mərhələsində bizə fizikanın qanunlarını, sürtünmə, iner­siya, səbəb-nəticə əlaqələrini başa düşə biləcək sistemlər lazımdır.

"Topun hara diyirlənəcəyini, bir əşyanı zədələmədən necə tutmağı və ya maşının arxasında piyada olub-olmadığını anlamağı bacaran sistemlər bu mərhələdə əsas olacaq", deyə o bildirib.

Huanq hesab edir ki, bu cür fiziki düşünmə bacarığı süni intellektin gələcək inkişafında həlledici rol oynayacaq: "Əgər siz bu fiziki süni intellekti fiziki obyektə – robota çevirsəniz, bu artıq robototexnikadır".

Censen Huanq əmin olduğunu bildirib ki, qarşıdakı 10 ildə tam avtomatlaşdırılmış zavod və fabriklər qurulacaq. Bu müəssisələr robotlar vasitəsilə işləyəcək və əmək çatışmazlığı problemini aradan qaldıracaq.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

phrase_var_article.chosen
9
qaynarinfo.az

1phrase_var_article.sources