Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə Demokrat rəqibi Kamala Harris ilə çıxış etdiyi debat proqramının manipulyasiya edildiyini iddia edərək "CBS News" və ana şirkəti "Paramount Global"-a qarşı açdığı 20 milyard dollarlıq məhkəmə prosesində qismən qalib gəlib.
Belə ki, şirkət Trampa 16 milyon dollar təzminat ödəməyi qəbul edib.
Tramp Truth Social platformasında paylaşım edərək "Paramount Global"-ın "Amerika xalqını aldatdığını" deyib və şirkətin gələcəkdə reklam və ictimai yayım vasitəsilə əlavə ödəniş etməyə məcbur ediləcəyini vurğulayıb.
Trampın iddiasına görə, 2024-cü ilin dekabrında yayımlanan və "CBS News"-un “60 Minutes” proqramında yayımlanan Kamala Harris ilə debatın montajı bilərəkdən manipulyasiya edilib. Dava ərizəsində bu montajın “rəqibinə kömək etmək və ictimaiyyəti aldatmaq məqsədilə qəsdən” edildiyi, bunun da Trampı haqsız vəziyyətə saldığı qeyd olunub.
"CBS News" isə bu ittihamları rədd etmişdi.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.