AZ

"Real"ın ulduzu Avropa nəhənginə transfer olur

“Real Madrid” yüksək maaş alan Rodriqonu Premyer Liqa nəhənginə göndərmək istəyir. Metbuat.az xəbər verir ki, jurnalist Santi Aounanın sözlərinə görə, “Liverpul” və Rodriqonun nümayəndələri arasında birbaşa danışıqlar gedir. Bildirilir ki, “Real” Rodriqonu klubdan göndərmək istədiyini futbolçuya bildirib. Luis Diaz “Liverpul”dan getmək istədiyi üçün İngiltərə nəhəngi Rodriqonu transfer etmək istəyir.

Qeyd edək ki, Rodriqo “Real”da 270 oyunda forma geyinib və 68 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la müqaviləsi 2028-ci ildə yekunlaşır.

phrase_var_article.chosen
6
1
metbuat.az

2phrase_var_article.sources