AZ

İlon Maskın körpə saplantısı ilə bağlı yeni iddia: "Zəkalarını da seçir"

ABŞ mərkəzli bir süni mayalanma mərkəzinin milyarder İlon Mask və sevgilisi Şivon Zilis üçün təqdim etdiyi və mütəxəssislərin "rus ruleti" adlandırdığı bir üsul cütlüyün dörd uşağından ən azı biri üçün tətbiq olunub.

HİT.az cəbər verir ki, "Orchid" adlı bu şirkət təxminən 22 min 500 dollardan başlayan qiymətlərlə varlı müştərilərinə embrionları genetik xəstəliklərə qarşı yoxlama imkanı təqdim edir. Şirkəti oxşar genetik proqnoz firmalarından fərqləndirən əsas cəhət isə sadəcə beş hüceyrədən istifadə edərək embrionun bütün genomunu diziləyə bilməsi və rəqiblərinə nisbətən daha geniş proqnozlar verə bilməsi iddiasıdır.

Maskın müxtəlif qadınlardan ən azı 14 uşağı var və onun çoxalma ilə bağlı obsesiyası daha əvvəl də gündəmə gəlmişdi. Ancaq "The Information" tərəfindən ötən il yayımlanan bir xəbərdən sonra "Washington Post"un yeni iddiaları Maskın yanaşmasının daha narahatedici bir mərhələyə keçdiyini göstərir.

Mənbələrə görə, "Orchid" şirkətinin 30 yaşlı təsisçisi Nur Siddiqi İlon Mask və Şivon Zilis üçün xüsusi genetik analizlər təqdim edib. İddialara görə, bu analizlər embrionların zəka potensialını müəyyən etmək üçün xüsusi alqoritmlərdən istifadə edir. Şirkət hər nə qədər genetik seçim yolu ilə nəsil təkmilləşdirmə ilə məşğul olmadığını iddia etsə də, valideynlərin "yaxşı genləri" seçməsinə imkan yaratması və iddia edilən zəka seçimi, bu anlayışın birbaşa sözlük tərifinə uyğundur.

Elon Muskın bebek takıntısıyla ilgili yeni iddia: Zekalarını da seçiyor

Bu iddialar, İlon Maskın dörd uşağının anası və eyni zamanda onun sahibi olduğu "Neuralink" şirkətində xüsusi layihələr üzrə rəhbər olan Zilisin, Maskın bioqrafiyasını yazan Valter İzaksona verdiyi açıqlama ilə üst-üstə düşür. Zilis həmin açıqlamada Maskın ona "zəki insanların uşaq sahibi olmasının vacib olduğunu" dediyini və bu səbəbdən onunla uşaq sahibi olmağa qərar verdiyini bildirib.

"Washington Post" məsələ ilə bağlı "Orchid" şirkəti ilə əlaqə saxladıqda, şirkət şərh verməkdən imtina edib. Şirkət əqli çatışmazlıqlara dair analizlər etdiyini qəbul etsə də, uşağın gələcək zəkasına dair proqnoz verdiyini təkzib edib.

"Orchid" kimi xidmətlər həm etik, həm də praktik cəhətdən ciddi mübahisələrlə əhatə olunur. Belə üsullar "Tanrı rolunu oynamaq" kimi qiymətləndirilir. Genetik mütəxəssislər şirkətin yalnız beş hüceyrə ilə bütün genomu diziləyə bilməsi iddiasına skeptik yanaşır.

Stenford Universitetinin genetik mütəxəssisi Svetlana Yatsenko şirkətin analizlər üçün istifadə etdiyi "DNA çoxaltma" (amplifikasiya) üsulunun problemli olduğunu deyir. Çünki bu üsul genetik xəstəliklərin təyin olunmasında və ya inkar edilməsində istifadə olunan məlumatlarda səhvlərə yol aça biləcək, "fotokopi" kimi natamam nüsxələr yarada bilər.

Yatsenko qəzetə belə açıqlama verib: "Bu çoxaltma prosesi zamanı çoxlu sayda səhv baş verir. Bu, əslində bir rus ruletidir".

Bütün bu mübahisələrə "Orchid" şirkətinin məsuliyyətlə bağlı qeyri-müəyyən yanaşması və İlon Maskın digər irqləri guya zəka çatışmazlığı ilə əlaqələndirən diskriminativ çıxışları da əlavə edildikdə, "Futurism" platformasının qeyd etdiyi kimi, ortaya "daha qaranlıq bir mənzərə" çıxır.

Samir

phrase_var_article.chosen
3
1
hit.az

2phrase_var_article.sources