Bitkoin-lərin yalnız təxminən 5 faizi hələ də maynerlər tərəfindən əldə edilməyib...
Poliqon bu barədə Clarkmoody platformasına istinadən xəbər verir.
Hazırda 21 milyon mümkün BTC-dən 19,9 milyonu artıq çıxarılıb. Hazırda mövcud olan bu rəqəmsal valyutanın ümumi dəyəri 2,36 trilyon ABŞ dollarına bərabərdir.
Bitkoin-lərin sayının məhdud olması və onların rəqəmsal reyestrdə qeydiyyata alınması nəticəsində, əldə edilən bütün BTC-lər və onlarla aparılan əməliyyatlar real vaxt rejimində izlənilə bilir. Proqnozlara görə, 2035-ci ilin yanvarına qədər bütün BTC-lərin 99 faizi əldə olunmuş olacaq.
Maynerlər tərəfindən tamamlanan hər 210 min blokdan sonra sistem maynerlərə verilən mükafat miqdarını avtomatik şəkildə azaldır. Bu proses "halving" adlanır. 2009-cu ildən bəri artıq dörd dəfə "halving" baş verib. Blok – Bitcoin şəbəkəsində baş vermiş əməliyyatlar haqqında məlumatları özündə əks etdirən fayldır.
Poliqon.info