AZ

Bu il azad olunmuş ərazilərdə məşğulluğu təmin edilən vətəndaşların sayı açıqlandı

Bakı.Trend:

Cari ilin 18 iyul tarixinə azad edilmiş ərazilərdə məskunlaşmışiqtisadi fəal əhalidən məşğulluğu təmin olunmuş şəxslərin sayıümumilikdə 4863 nəfər təşkil edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 3746 nəfər müvafiq qaydada işlə təminolunub, 350 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib,digərləri fərdi qaydada özünüməşğul olanlardır.

Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə 223 nəfər peşəhazırlığına cəlb olunub, daha 638 nəfərin məşğulluğunun təminolunması ilə bağlı iş aparılır.

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azadolunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramlarıilə əhatə olunması tədbirləri davam etdirilir.

Seçilən
93
2
az.trend.az

3Mənbələr