"Sumqayıt" Futbol Klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, Alan Dias komandanı tərk edib. Onun başa çatan müqaviləsi uzadılmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A. Dias ötən ilin yayında "Sumqayıt"a qoşulmuşdu. O, burada 18 oyuna çıxıb.
26 yaşlı müdafiəçi bu yay klubdan ayrılan 12-ci oyunçu olub.