Vitaminlə zənginləşdirilmiş keçi südünün yaşa bağlı əzələ itkisi ilə mübarizədə inək südündən daha təsirli olduğu göstərilib.
Editor.az bu barədə Food Science & Nutrition-a istinadla yazıb.
Əzələ kütləsinin, gücünün və funksiyasının itirilməsi kimi təyin olunan sarkopeniya qocalan əhali arasında getdikcə aktual problemə çevrilir. Alimlərin hesablamalarına görə, dünyada insanların 10%-27%-i bu xəstəlikdən əziyyət çəkir.
Təcrübədə tədqiqatçılar müxtəlif süd məhsullarının sarkopeniyanın gedişatına necə təsir etdiyini sınaqdan keçiriblər. Semptomlar göstərən siçanlar qruplara bölünüb və səkkiz həftə ərzində tam keçi südü, yağsız keçi südü (əlavə D vitamini və kalsium ilə və ya əlavə edilməmiş) və ya tam inək südü ilə qidalanıb.
Bütün süd məhsullarının əzələ lifinin sağlamlığını yaxşılaşdırdığı və bədəndəki iltihabı müxtəlif dərəcədə azaltdığı aşkar edilib. Bununla belə, ən əhəmiyyətli təsir keçi südü istehlak edən qruplarda müşahidə edilmişdir. Yalnız bu növ süd yağ kütləsinin əhəmiyyətli dərəcədə azalmasına kömək edib.
Tədqiqat həmçinin süd məhsullarının bağırsaq mikroflorasına müsbət təsirini təsdiqləyib: bütün eksperimental heyvanlarda Leuconostoc cinsinə aid faydalı bakteriyaların sayı artıb.
Qeyd edilir ki, keçi südü istehlakının müsbət təsirləri yalnız heyvanlar üzərində aparılan tədqiqatlarda nümayiş etdirilib. Bununla belə, məlumatlar məhsulun insanlarda sarkopeniyaya qarşı profilaktik tədbir ola biləcəyini göstərir.
//Gülnarə Abasova, Editor.az