“Kəpəz”lə müqaviləsi başa çatan Əli Səmədov karyerası ilə bağlı hələ qərarını verməyib.
Futbolpress.az-ın məlumatına görə, yarımmüdafiəçi Gəncə təmsilçisi ilə yeni müqavilə haqda danışıqları bir müddətdir, davam etdirir. Tərəflər arasında isə hələlik anlaşma əldə olunnmayıb.
Səmədova eyni zamanda I Liqadan bir neçə klubun təklifi var. Üstünlüyü Premyer Liqaya verən yarımmüdafiəçi hələlik gözləmə mövqeyindədir.
27 yaşlı futbolçu “Kəpəz”in yetirməsidir. O, daha əvvəl “Sabah”ın U-19 və “Şamaxı”nın əsas komandasında çıxış edib. Səmədov 2023-cü ilin iyulundan yenidən “Kəpəz”in formasını geyinir.
Azərbaycanlı futbolçu Premyer Liqada ümumilikdə 73 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Şahin Cəfərov