AZ

Azərbaycanda valyuta bazarında təklif tələbi üstələyib - Mərkəzi Bank

Bakı. Trend:

Cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatəolunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, rezident fiziki şəxslərin əmanətlərinindollarlaşma səviyyəsinin azalmaqda davam etməsi məzənnə ilə bağlıgözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarındatarazlığın fundamentində dayanan xarici sektor göstəriciləriəlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə,2025-ci ilin 6 ayında da xarici ticarət balansında 1.4 mlrd. ABŞdolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının carihesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin qərarı ilə faiz dəhlizininbütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faizdəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8%səviyyəsinə endirilib.

Qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasınıntrayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, sonqlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyutabazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarınınötürücülüyü nəzərə alınmaqla qəbul edilib.

Seçilən
71
az.trend.az

1Mənbələr