AzVision.az xəbər verir ki, “Tayfun Blok-4” ballistik raketi Türkiyənin ən uzaq mənzilli yerli istehsal ballistik raketi olan “Tayfun” raketinin hipersəs versiyasıdır.
“Çəkisi 7 tondan artıq olan və çoxməqsədli döyüş başlığı ilə təchiz edilmiş “Tayfun”un yeni versiyası bir neçə kilometr məsafədə hava hücumundan müdafiə (HHM) sistemləri, komanda məntəqələri, hərbi anqarlar və mühüm hərbi obyektlər kimi çoxsaylı strateji hədəfləri məhv edə biləcək”,- “Roketsan” şirkətinin açıqlamasında bildirilir.
Raket hədəfləri yüksək dəqiqliklə vurur: sapma 5 m-dən çox deyil və beş Max-dan çox sürət yığa bilir. Uzunluğu təxminən 10 m, diametri 938 mm-dir.
“Roketsan” şirkəti sərgidə daha bir neçə yeni sistem, o cümlədən “Atmaca” raketi, “Gökbora” hava-hava raketi və “300 Er” havadan buraxılan ballistik raket təqdim edib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta