Kristofer Nkunku daha çox oynamaq üçün "Çelsi"dən ayrılmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, London klubu onu satmağa hazırdır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Çelsi" Nkunkunu 2023-cü ilin yayında "Leyptsiq"dən 60 milyon avroya transfer edib. Fransalı futbolçu burada 62 oyuna çıxıb və 18 qol vurub.