AZ

Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

Bakı. Trend:

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətlidəyişikliklər baş verməyib. Qlobal ticarətdə gedən proseslər əmtəəvə maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqdadır.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bnakına istinadən xəbərverir.

Bildirililib ki, bu şəraitdə inflyasiyanın xarici risk faktorukimi idxal inflyasiyası hesab olunur:

"Bu amil isə bir tərəfdən ticarət tərəfdaşlarında inflyasiyadan,digər tərəfdən isə nominal effektiv məzənnənin dinamikasındanasılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru xərcamillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd olunabilər. Bu baxımdan ortamüddətli perspektivdə dövlət xərclərinin vəistehlak kreditlərinin məcmu tələbə və qiymətlərə mümkün təsirləridaim diqqətdə saxlanılmalıdır".

Qeyd edilib ki, baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildəillik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır:

"Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illikinflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağıgözlənilir. Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdəqalması və valyuta bazarında sabitliyin davam etməsi pulsiyasətinin yumşaldılması üçün zəmin yaradır".

Məqalədə:
Seçilən
116
1
az.trend.az

2Mənbələr