AZ

Maliyyə Nazirliyi tərəfindən keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərir - AMB

Bakı. Trend:

Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahidxəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçiriləndepozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcıtəsir göstərməkdə davam edir.

Trend bubarədə Azərbacyan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, bu şəraitdə Mərkəzi Bank izafi likvidliyinəhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiyaetməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pulbazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötənilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 26%,sayı isə 55% artıb.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin qərarı ilə faiz dəhlizininbütün parametrləri 0.25% bəndi azaldılıb. Uçot dərəcəsi 7%, faizdəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8%səviyyəsinə endirilib.

Qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasınıntrayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, sonqlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyutabazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarınınötürücülüyü nəzərə alınmaqla qəbul edilib.

Seçilən
78
az.trend.az

1Mənbələr