AZ

Həyatımı 350 min dollar civarında sığortalamışdı... Həmid Herisçi

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Həmid Herisçinin "Qiymətim" şeirini təqdim edir.

QİYMƏTİM

1998-ci ildə

Ermənistan-Azərbaycan jurnalistlərinin görüşünü

İrəvanda hazırlamış Kanada hökuməti,

Həyatımı 350 min dollar civarında sığortalamışdı.

Razılaşdırmışdı.

Sənədi imzalatdırmışdı

Mənə, Bakı rəsmilərinə,

Ermənilərə…

Həyatımın dəqiq qiymətini o vaxt bildim.

Azca sevindim…

Ancaq bildirmədim,

Özümü kiçiltmədim

Üzdə göstərmədim

Bu sevincimi…

İmzaladım masadakı müqaviləni.

İndi, otuz il sonra

Həmin rəqəmləri

Müqaviləni,

Bir killerə göstərdim...

Dedim: öldürsən əgər məni...

Məbləği sənlə bölürşərdim...

Dedi: həəə... o əjdahadı...

Bahadı...

Zirehli tısbağadır.

Mən isə, dükanlardakı endirimlərdən

İlhamlandım, deyəsən...

Dedim: bəlkə, aşağı enəsən?

Bu Həmidi lap ucuz öldürəsən?

Killler, inanmadı sənədə...

Gözlərinə.

Dedi, bu sənsən?

Hələ özünü öldürməyibsən?

Məbləği hələ bölüşdürməyibsən?

Səfehsən lap... səfehsən...

İndi sənə nə o yaşı verərsən...

Nə o qiyməti...

Gəl imzala yeni sənədi.

Unut köhnəsini.

Endirimli olacaq bu dəfə qiymət,

Endirimli...

Stiven Spilberq: Təqaüdə çıxmaq fikrim yoxdur...

Culian MakMahonun ölüm səbəbi açıqlandı

Stalinin kölgəsindəki qadın - Şükriyyə əslində, kim idi?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
1
kulis.az

2Mənbələr