AZ

Bunları edənlər yayın qızmar istisini hiss etməyəcək - qaynar fəsli cənnət kimi keçirin…

Havaların gündən-günə daha da isti keçməsi insan sağlamlığına mənfi təsir göstərir. Lakin temperatur nə qədər yüksəlsə də, bəzi sadə və təbii üsullarla orqanizmi sərin saxlamaq mümkündür.

Yenisabah.az mütəxəssislərin fikirlərinə əsasən bildirir ki, yay aylarında bədəni sərin saxlamaq üçün ən təsirli vasitələrdən biri düzgün qidalanmadır. Xüsusilə su tərkibi yüksək olan qarpız, xiyar, nanə və limon kimi təbii məhsullar həm susuzluğu azaldır, həm də bədəni daxildən sərinləşdirir.

Buz kimi effekt verən içkilər Toyuqlu pizza

Nanəli limonad, soyuq yaşıl çay və aloe vera ilə hazırlanan içkilər də isti havalarda bədən istiliyini balansda saxlamağa kömək edir. Eyni zamanda bu içkilər orqanizmdə toksinlərin atılmasını sürətləndirir.

Ayaqlarınızı soyuq suda saxlayın

Gün ərzində 10-15 dəqiqə ayaqları soyuq suda saxlamaq qan dövranını sürətləndirərək bədənin ümumi istiliyini aşağı salır. Bu üsul xüsusilə günün ən isti saatlarında faydalıdır.

Geyim və həyat tərzinə diqqət

Açıq rəngli, pambıq parçalardan hazırlanan geyimlər bədənin nəfəs almasını asanlaşdırır və tərin daha tez buxarlanmasına şərait yaradır. Gündəlik tempinizdə yüngül hərəkətli idman növlərinə yer vermək də həm zehni, həm də fiziki olaraq rahatlanmanı təmin edir.

Aytac Əliyeva


Telegram kanalımız
phrase_var_article.chosen
9
1
yenisabah.az

2phrase_var_article.sources