AZ

Kürdəmirdə zəhərlənmənin səbəbi məlum oldu

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır.

Bu barədə AZXEBER.COM-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər. İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanmış və ya düzgün saxlanılmamış müxtəlif qidalardan baş verib.

Faktla bağlı araşdırmalar davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
azxeber.com

1Mənbələr