AZ

İsraildən İranla bağlı yeni əməliyyat SİQNALI

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail müdafiə naziri Yoav Katz bu gün verdiyi açıqlamada İranla bağlı yeni bir hərbi əməliyyat ehtimalını istisna etmədi. O bildirib ki, vəziyyətin gedişatına uyğun olaraq əməliyyatlar yenidən başlaya bilər.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Xatırladaq ki, iyun ayında İsrailin müxtəlif obyektləri hədəfə alması ilə bölgədə gərginlik artmışdı. ABŞ da bəzi strateji obyektlərə dəstək hücumları təşkil etmişdi. Ardınca İran tərəfindən cavab xarakterli zərbələr endirilmiş, nəticədə müvəqqəti atəşkəs əldə olunmuşdu.

Hazırda diplomatik danışıqlar davam etsə də, bölgədə yenidən gərginlik riski yüksəlir.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
news24.az

2Mənbələr