Ötən gün Türkiyənin Eskişehir vilayətinin Seyitgazi rayonunda meşə yanğını baş verib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, güclü yanğınlar külək səbəbilə Afyonkarahisar şəhərinə keçdiyindən burada bir kənd ehtiyat tədbiri olaraq boşaldılıb. Həmçinin İzmirin Urla rayonunda da meşə yanğınları davam edir.
Ölkənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, 4-22 iyul tarixlərində baş verən 61 yanğınla bağlı 23 şübhəli şəxs saxlanılıb. Onlardan 4-ü həbs edilib, 19-u barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb.



