Suriya üzrə danışıqların növbəti raundu Bakıda keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədath” telekanalı doplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Suriya tərəfi ilə razılaşmaların yekunlaşdırılması məqsədilə İsrail nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Qeyd edək ki, iyulun 13-də Bakıda Suriya və İsrail nümayəndələri arasında görüş keçirilib.